Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lerik rayon sakini P.Talıbovun ailə üzvlərinə məxsus qızıl əşyaları gizlin götürərək satmaq istəməsi müəyyən edilib

15.12.2017

Lerik şəhər avtovağzalı ərazisində özünü şübhəli aparan şəxs ərazidə xidmət aparan Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun səyyar şəkildə qızıl əşyalar satması şübhə doğurduğundan Lerik Rayon Polis Şöbəsinə dəvət edilib.

Araşdırmalarla onun Şinəband kənd sakini Pərviz Talıbov olması, satmaq istədiyi qızıl əşyalarının isə ailə üzvlərinə məxsus olması, onları gizlin götürərək satmaq istəməsi müəyyən edilib.

Qızıl-zinət əşyaları -  boyunbağı, qolbaq, üzük və digər bəzək əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

15.12.2017 tarixinə olan kriminal məlumatlar