Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ziyad Baqautdinov saxlanılmışdır
15.12.2017Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabr ayından dekabrın 11-dək olan müddətdə rayon ərazisində 3 evdən, telefon qovşağından və 1 kafedən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Baqautdinov saxlanılmışdır.