Qəbələ rayonunun Bılığ kənd sakini Füzuli Şeydayev ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından xəsarət almışdır
15.12.2017Dekabrın 15-də Qəbələ rayonunun Bılığ kəndi ərazisində, kənd sakini Füzuli Şeydayev ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından xəsarət almış və xəstəxanaya yerləşdirilmişdir.
F.Şeydayevin ailə üzvləri müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngini könüllü olaraq Qəbələ RPŞ-yə təhvil vermişlər.