Gün ərzində 97 cinayət faktı qeydə alınıb
07.12.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.
- Axtarışda olduğuna görə 25 nəfər tutularaq aidiyyatı üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.