Beyləqan rayonunun Daşburun kəndində yol-nəqliyyat hadisəsi
07.12.2017Dekabrın 7-də saat 16 radələrində Beyləqan rayonunun Daşburun kəndində rayon sakini Adil Əliyevin idarə etdiyi “Mercedes” və Xocavənd rayon sakini Hüseynağa Cəbiyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə H.Cəbiyev hadisə yerində ölüb, A.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.