Oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini Taleh Abbasov saxlanılıb, digər şəxslər isə müəyyən ediliblər
07.12.2017Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 10-da İdris Höccətova məxsus torpaq sahəsindən 1 baş inək oğurlamaqda şübhəli bilinən rayon sakini Taleh Abbasov saxlanılıb, digər şəxslər isə müəyyən ediliblər.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onların cari ilin mart-oktyabr ayları ərzində 3 həyətyanı sahədən inək və qoyun, habelə iyun-sentyabr ayları ərzində 4 nəfərə məxsus 6 baş inəyi kəndin otlaq sahəsindən oğurlamaları da müəyyən edilib.