250 manat pul və qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Sergey Nasinikov və Elçin Eldarov saxlanılıblar
07.12.2017Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 250 manat və qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sergey Nasinikov və Elçin Eldarov saxlanılıblar.