Oğurluqda şübhəli bilinən Liman şəhər sakinləri Cəlal Qədirov və Adəm Babazadə saxlanılıblar
07.12.2017Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki mağazaların birindən 400 manat, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Liman şəhər sakinləri Cəlal Qədirov və Adəm Babazadə saxlanılıblar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların, cari il oktyabr ayının 30-da şəhər ərazisindəki mağazaların birindən ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.