Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması təmin edilib

06.12.2017

Dekabrın 6-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması təmin edilib.

Xəzər RPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 29-da rayon ərazisində 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaqani Xairov, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 5-də  rayon ərazisində 1 nəfərin velosipedini  oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini Elməddin Şahiyev saxlanılaraq istintaqa təhvil veriliblər.   

Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən noyabrın 12-də 1 nəfərin velosipedini  oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Məlikov və Əhməd Babayev saxlanılıblar. Onların noyabrın 10-da evlərin birinin qarşısından xalça oğurlamaları da müəyyən edilib.   
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 5-də şəhər ərazisində 1 nəfərin velosipedini  oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Sərvan Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun cari ilin fevral-avqust ayları ərzində daha 2 velosiped, 6 evdən məişət əşyaları və 1 nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilib.