Bərdə şəhər sakinləri Seyfəddin Abbasovdan və İqdam Salmanovdan narkotik vasitələr götürülüb
06.12.2017Bərdə RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Seyfəddin Abbasovdan 0,3 qram heroin götürülüb. Əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi İqdam Salmanov da müəyyən edilərək saxlanılıb. Onun evinə baxış zamanı əlavə olaraq 7,76 qram heroin, 570 qram marixuana və 8,93 qram cətənə toxumu da aşkar edilərək götürülüb.