Oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakinləri Səbuhi Ağazadə, Şahin Cavadov və Taleh Əliyev saxlanılıblar
06.12.2017Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-na keçən gecə rayonun Nəsimi kəndindəki mağazaların birindən pəncərədən girmək yolu ilə 33 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən rayon sakinləri Səbuhi Ağazadə, Şahin Cavadov və Taleh Əliyev saxlanılıblar.
Onların həmin gün daha 2 mağazadan ərzaq məhsulları və kosmetik əşyalar oğurlaması, Cavid İbadova məxsus “VAZ-2106”, Kəlbi Fərhadova məxsus “VAZ-2107” və Famil Əsgərova məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, habelə Qurban Ağayevə məxsus “VAZ-2107” markalı avtomobilin arxa şüşəsini sındırmaları da müəyyən edilib.