Gün ərzində 113 cinayət faktı qeydə alınıb
07.11.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 113 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 35 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər tutulub.