Soyğunçuluqda şübhəli bilinən Gəncə şəhər sakini Fəqan Heydərov tutulub
07.11.2017Noyabrın 7-də saat 1 radələrində Gəncə şəhərinin Məhsəti qəsəbəsində naməlum şəxs qəsəbə sakini Umud Quliyevə zor tətbiq edərək 35 manatını alıb.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Fəqan Heydərov tutulub.