Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Asif Rüstəmov tutulub
07.11.2017Noyabrın 6-da Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 100 metr rabitə kabeli və elektrik avadanlıqları oğurlanıb.
30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Asif Rüstəmov tutulub. Üzərinə baxış zamanı ondan 0,300 qram heroin aşkar edilərək götürülüb.
Ətrafında aparılan tədbirlərlə onun noyabrın 5-də qəsəbə ərazisindəki daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.