600 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Elşən Kərimov tutulub
31.10.2017Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evlərdən birindən 600 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Kərimov tutulub.
Ətrafında aparılan tədbirlərlə onun “KamAZ” markalı avtomobildən akkumulyator və 1 mənzildən məişət əşyaları oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb.