Mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən Qazax və Lənkəran rayon sakinləri olan 2 yeniyetmə tutulub
31.10.2017Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən Qazax və Lənkəran rayon sakinləri olan 2 yeniyetmə tutulub.
Aparılan tədbirlərlə onların həmin tarixdə daha 1 mağazadan noutbuk və telefon aksesuarları oğurlamaları da müəyyən edilib.