Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan rayon sakini Vasif Adıgözəlovun təsərrüfatından 9 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb

31.10.2017

Oktyabrın 29-da Salyan rayon sakini Vasif Adıgözəlov rayon Polis Şöbəsinə müraciət edərək həyətyanı təsərrüfatından 9 baş qoyunun oğurlandığını bildirib.

Polis əməkdaşları heyvanların “VAZ-2109” markalı avtomobillə oğurlandığı barədə məlumat əldə ediblər.

DİN-in Təhlükəsiz Şəhər Xidməti ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Bakı şəhərində müəyyən edilərək saxlanılıb və onu idarə edən şübhəli şəxs qismində Salyan RPŞ-yə dəvət edilib.

Neftçala rayon sakini olan Hüseyn Qurbanov tutarlı faktlar qarşısında törətdiyi cinayət əməlini etiraf edib. Polis əməkdaşları tərəfindən onun heyvanları əmisi oğlu ilə birgə oğurlayaraq paytaxtın Zabrat qəsəbəsindəki heyvan bazarında sataraq əldə olunan gəliri aralarında böldükləri müəyyən edilib. 

Görülmüş tədbirlərlə cinayətin digər iştirakçısı -  Həsənqulu Qurbanov da tutulub.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

31.10.2017 tarixinə olan kriminal məlumatlar