Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kabel və mis oğruları yaxalandılar

29.10.2017

Oktyabrın 28-də naməlum şəxsin Yasamal rayonu ərazisindəki MTK-lardan birindən naqil oğurlaması, bu zaman onu saxlamağa cəhd göstərərkən mühafizəçini bıçaqla hədələyərək hadisə yerindən qaçması barədə, həmçinin tikintisi başa çatmamış daha bir binadan kabel oğurluğu barədə Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən hər iki şəxs saxlanılaraq Polis Bölməsinə gətiriliblər.

Araşdırmalarla onların  paytaxt sakini Həmid Ələkbərov və Sarıstan Özbəkzadə olduqları, dəfələrlə həmin kompleksdən və tikintisi başa çatmamış binadan oğurluq etdikləri məlum olub.

MTK-dan 5 kiloqram, tikintisi başa çatmamış binadan isə 2000 metr mis naqil oğurladıqlarını etiraf edən H.Ələkbərov və S.Özbəkzadə onları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən maddi sübutlar əlvan metal qəbulu məntəqələrindən götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.