Gün ərzində 87 cinayət faktı qeydə alınıb
29.10.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 87 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər tutulub.