Qardaşı Səmədi tüfəngdən açdığı atəşlə qətlə yetirmiş Bakı şəhər sakinləri Şirxan Məhərrəmov tutulub
29.10.2017Oktyabrın 29-da Xızı rayonunun Yarımca kəndi ərazisində Bakı şəhər sakinləri Şirxan Məhərrəmovla qardaşı Səməd arasında onlara məxsus əkin sahəsində münaqişə baş verib. Bu zaman Şirxan tüfəngdən açdığı atəşlə Səmədi qətlə yetirib və bu barədə polisə məlumat verib.
Ş.Məhərrəmov Xızı RPŞ-nin əməkdaşları tərəfindən tutulub və ondan hadisə törədilərkən istifadə edilən müvafiq sənədləri olmayan 16 kalibrli tüfəng götürülüb.