Oğurluqda şübhəli bilinən Tovuz rayon sakini Ələddin Ələsgərov tutulub
05.10.2017Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də rayon ərazisində “İsuzu” markalı avtomobildən 94 manat və sənəd oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini Ələddin Ələsgərov tutulub.
Ətrafında aparılan tədbirlərlə onun cari ilin iyun və sentyabr ayları ərzində rayon ərazisində 2 evdən geyim əşyaları, habelə 4 həyətyanı sahədən məişət əşyaları oğurlaması da müəyyən edilib.