Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Nurlan Hacıyevin, Arif Nəsibovun və qardaşı Akifin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib
05.10.2017Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Nurlan Hacıyevin, Arif Nəsibovun və qardaşı Akifin ətraflarında Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların, cari ilin avqust ayından oktyabrın 4-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən akkumulyator, habelə 1 mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilib.