Şəki rayon sakini Şəfayət Abdulkərimov yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb
05.10.2017Sentyabrın 27-də saat 17 radələrində İsmayıllı rayonu ərazisində Şəki rayon sakini Hafiz Abdulkərimov idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişini - atası Şəfayət xəstəxanaya yerləşdiriliblər.
Oktyabrın 5-də Şəfayət orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.