DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Bayraməli Məmmədovun xarici ölkələrin tanınma əmtəə nişanlarından istifafadə edərək saxta ətriyyat məhsulları istehsal etməsi və vətəndaşları aldatması müəyyən edilmişdir

19.10.2007

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Bayraməli Məmmədovun Sədərək Ticarət Mərkəzindəki mağaza və anbarlarında Fransa, Almaniya, İngiltərə və başqa dövlətlərin tanınmış əmtəə nişanlarından, ştrix kodlarından istifadə edərək kustar üsulla saxta ətriyyat məhsulları istehsal etməsi və vətəndaşları aldatması müəyyən edilmişdir. Anbar və mağazaya baxış zamanı ətriyyatların hazırlanması üçün dəzgah və aqreqatlar, 100 mindən artıq etiketlər, 3 min ədəd hazır məhsul, 2750 ədəd boş ətir şüşələri, 200 kiloqramdan artıq yağlar, boya maddələri aşkar edilərək götürülmüşdür. Faktla əlaqədar cinayət işi başlanmışdır.