DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Salman Ağayevi bıçaqla qətlə yetirmiş İlqar Gözəlov, onun qardaşları Emil və Etibar tutulmuşlar

19.10.2007

Oktyabrın 19-da Bülbülə qəsəbəsi Ə.Əsgərov küçəsində yaşayan Salman Ağayev evinin yaxınlığından bıçaq yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş İlqar Gözəlov, onun qardaşları Emil və Etibar tutulmuşlar.