DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayonunun Aşağı Quşçu kəndində yol-nəqliyyat hadisəsi

19.10.2007

Oktyabrın 17-də Tovuz rayonunun Aşağı Quşçu kəndində müəyyən edilməmiş avtomaşınla kənd sakini Məsim Mustafayev vurulmuşdur. Nəticədə M.Mustafayev hadisə yerində ölmüşdür. Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətmiş "VAZ-21074" markalı avtomaşının sürücüsü, Aşağı Mülkülü kənd sakini Nazim Qasımov tutulmuşdur.