Göygöl rayonunda münaqişə zəminində arvadına və qaynanasına bıçaqla xəsarət yetirən Z.Əliyev Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub
17.08.2017Avqustun 17-də Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib. Sonra o, könüllü olaraq Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub.
Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.