Binəqədi rayonu ərazisindəki evlərdən birindən 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar
17.08.2017Avqustun 15-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərdən birindən 3 ədəd mobil telefon oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinənlər - Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Azad Səfərov və Bakı şəhər sakini Elvin Kərimov tutulublar.
Ətraflarında aparılan tədbirlərlə onların avqustun 14-də Yasamal rayonu ərazisindəki evlərdən birindən 70 manat pul və mobil telefon oğurlamaları da müəyyən edilib.