Yasamal rayonu ərazisindəki mənzillərin birindən pul, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri də tutulublar
17.08.2017Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 16-da rayon ərazisindəki mənzillərin birindən 12 000 manat və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri – Bakı şəhər sakinləri Baba Sadıqov, Afiyə Sadıqova və Elnur Qarayev tutulublar.