Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş A.Krasnikov tutulub

11.08.2017

Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-nə keçən gecə Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından 50 metr elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş qəsəbə sakini Aleksey Krasnikov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart-iyul ayları ərzində 1 şirkətdən və 6 evdən elektrik kabelləri oğurlaması da müəyyən edilib.

11.08.2017 tarixinə olan kriminal məlumatlar