Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi
11.08.2017Avqustun 11-də saat 13 radələrində Bərdə rayonu ərazisində Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi “Shacman” markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi “MTZ-80” markalı traktoru vurub. Nəticədə A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.
Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.