Xətai rayonu ərazisindən “VAZ-2107” markalı avtomobili qaçıran paytaxt sakini F.Alıyev tutulub
11.08.2017Avqustun 10-na keçən gecə Xətai rayonu G.Mehmandarov küçəsindən Bakı şəhər sakini Tural Abbasova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
Avtomobil həmin gün rayon ərazisində şüşəsi çıxarılmış, maqnitafonu, səsgücləndiriciləri, akkumulyatoru, salon güzgüsü və arxa alın şüşəsi oğurlanmış vəziyyətdə tapılıb.
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Faiq Alıyev tutulub.