Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəbələ rayon sakini Ə.Ağakişiyevdən quldurluq yolu ilə 65 manatını və mobil telefonunu almaqda şübhəli bilinən şəxslər tutulublar

10.08.2017

Avqustun 9-da saat 2.00 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində 2 naməlum şəxs rayon sakini Əziz Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Bakı şəhərinə gedəcəklərini bildiriblər.

İsmayıllı rayonunun Sumağallı kəndi ərazisində onlar Ə.Ağakişiyevi bıçaqla hədələyərək 65 manatını və mobil telefonunu alıb avtomobildən düşərək gediblər.

Xətai RPİ, İsmayıllı RPŞ və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Rüstəm Məmmədov və Orxan Cəfərov tutulublar.

10.08.2017 tarixinə olan kriminal məlumatlar