Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan B.Məmmədovun bir neçə digər oğurluq cinayətlərini də törətməsi müəyyən edilib
10.08.2017Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Babək Məmmədovun ətrafında Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin aprel-iyul ayları ərzində Gəncə şəhəri ərazisində 4 evdən, 1 kafe və 1 mağazadan spirtli içki, ərzaq məhsulları, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.