Astara rayonunun Maşxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.08.2017Avqustun 10-da saat 2 radələrində Astara rayonunun Maşxan kəndində rayon sakini Kənan Ağayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı maneəyə (mağazanın divarına) vurub. Nəticədə onun sərnişini, həmyerlisi Xəzan Səmədov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.