Zaqatala şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
04.08.2017Avqustun 4-də saat 23 radələrində Zaqatala şəhərinin ərazisində rayon sakinləri Qulu Razıyevin və Rəsul Ramazanovun idarə etdikləri “VAZ” markalı iki avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, Q.Razıyev orada ölüb.
Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.