3 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun üzvü Bakı şəhər sakini Hüseynağa İsmayılov tutulub
04.08.2017Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 19-da rayon ərazisindəki həyətyanı sahələrdən birindən 3 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa İsmayılov tutulub. Ondan 0,213 qram heroin götürülüb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olması, aprelin 23-dən iyulun 24-dək olan müddətdə E.Rüstəmzadənin qızıl sırğasını soyğunçuluq yolu ilə alması, Xətai rayon Telefon Qovşağına məxsus 45 metr telefon kabelini, həmçinin 2 evdən pul və qızıl əşyalar, təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.