Oğurluqda şübhəli bilinən Ucar rayon sakini Kamran Məmmədov saxlanılıb
04.08.2017Avqustun 3-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki avtomobillərin təmiri sexlərindən birində, orada işləyən qəsəbə sakini Rasim Abuşovun 80 manatını oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Kamran Məmmədov Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.