2 baş inək və 3 baş qoyun oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini İlyas Bədəlov və Xocavənd rayon sakini Ramil Cəfərov tutulublar
28.06.2017Baş Cinayət Axtarışı İdarəsi, Sabirabad və İmişli RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Mincivan Zamanova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və Xocavənd rayon sakini Ramil Cəfərov tutulublar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari ilin fevral ayının 2-də Sabirabad rayonunun Nizamikənd kənd sakini Nənəxanım Quliyevaya məxsus yardımçı təsərrüfatdan 3 baş qoyun oğurlamaları da müəyyən edilib.