8,6 t taxıl oğurlamaqda şübhəli bilinən Şəki rayonunun Qaratorpaq kənd sakinləri Bəxtiyar Muxtarov və Rəşad Məmmədov tutulublar
28.06.2017İyunun 28-də Şəki şəhər sakini Çərkəz Süleymanov ŞRPŞ-yə ərizə ilə müraciət edərək Qaratorpaq kəndi ərazisindəki ona məxsus 9 hektar torpaq sahəsindən taxıl məhsulunun naməlum şəxs tərəfindən biçilərək oğurlanmasını bildirib.
Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakinləri Bəxtiyar Muxtarov və Rəşad Məmmədov tutulublar. Onlardan oğurladıqları 8 ton 600 kiloqram taxıl götürülüb.