Ağdaş rayonunun Yenicə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.06.2017İyunun 28-də saat 22 radələrində Ağdaş rayonunun Yenicə kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Ucar rayon sakini Nizam Abdullayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ-21074" markalı avtomobillə törədilməsi müəyyən edilib və onu idarə edən Ucar rayon sakini Sahib Qədirov "isti izlər"lə saxlanılıb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.