Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ucar polisi narkotik alverçisini yaxaladı

14.06.2017

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.  

RPŞ-yə bir nəfər rayon sakininin külli miqdarda narkotik üçün müştəri axtarması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əməliyyat qrupu yaradılıb. "Şərti alıcı" rayonun Bərgüşad kənd sakini Xanoğlan Abbasovla danışıqlara gedərək onda olan marixuananın kiloqramını 800 manata almağa, pulun bir hissəsini dərhal, qalanını isə bir gün sonra ödəyəcəyi barədə razılaşıblar.  

İyunun 14-də X.Abbasov əvvəlcədən razılaşdıqları yerdə narkotik vasitəni satarkən polis əməkdaşları tərəfindən tutulub.  

Şöbədə aparılan müvafiq araşdırmalarla X.Abbasovun əvvəllər məhkum olunduğu müəyyən edilib. Üzərinə baxış keçirilərkən narkotik vasitənin satışından əldə etdiyi 2000 manat da aşkar edilərək maddi sübut kimi götürülüb.

Ekspert rəyi ilə narkotik vasitənin ümumi çəkisi 4,5 kiloqram qurudulmuş marixuana olması müəyyən olunub.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

14.06.2017 tarixinə olan kriminal məlumatlar