Şəmkir rayonunun Seyfəli kəndində yol-nəqliyyat hadisəsi
14.06.2017İyunun 14-də saat 17 radələrində Şəmkir rayonunun Seyfəli kəndində kənd sakini Suliddin Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu velosipedlə keçən həmkəndlisi Taleh Şərifovu vurub. T.Şərifov xəstəxanaya aparılarkən yolda ölüb.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.