Avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakini Əli Cəfərov saxlanılıb
14.06.2017İyunun 13-də saat 23 radələrində Xətai rayonu ərazisindən Bakı şəhər sakini Baloğlan Hüseynova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
İyunun 14-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Yasamal rayonu ərazisində hərəkətdə olması aşkar edilib.
Görülən tədbirlərlə avtomobil Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq onu idarə edən paytaxt sakini Əli Cəfərovla birgə Xətai RPİ 37-ci PB-yə təhvil verilib.