Gün ərzində 81 cinayət faktı qeydə alınıb
14.06.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 81 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər tutulub.