Münaqişəsi zəminində arvadını və iki azyaşlı uşağını qətlə yetirmiş Mingəçevir şəhər sakini L.Hüseynov ŞPŞ-yə gələrək istintaqa təslim olub
09.06.2017İyunun 9-da Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Lazım Hüseynov ŞPŞ-yə gələrək evində ailə münaqişəsi zəminində arvadı Aynurə Hüseynovanı odlu silahdan açdığı atəşlə, oğlu 9 yaşlı Hüseyni və qızı 5 yaşlı Mədinəxanımı isə bıçaqla qətlə yetirdiyini bildirib və istintaqa təslim olub.
ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə baş verən evin yaxınlığından qətlin törədilməsində istifadə edilən “AKM” markalı silah və bıçaq aşkar edilərək götürülüb.