Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Öz ata və anasını balta ilə qətlə yetirmiş Masallı rayon sakini Azər Ağayev və onun arvadı Bəstəgül Ağayeva tutulublar

09.06.2017

İyunun 9-da Masallı rayonunun Miyənkü kənd sakini Azər Ağayev iyunun 5-də saat 4 radələrində atası Etibarın və anası Rəfiqənin evdən çıxmaları və geri qayıtmadıqları barədə RPŞ-yə müraciət edib.

Dərhal başlanan araşdırmalarla həmin vaxt A.Ağayevin yaşadığı Miyənkü kəndindəki evdə arvadı Bəstəgülün qaynatası Etibarı və qaynanası Rəfiqəni balta ilə qətlə yetirməsi, sonradan əri Azərlə birgə həyətdəki tövlədə basdırmaları müəyyən edilib.

Etibarın və Rəfiqənin meyitləri eksqumasiya edilib.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Ağayev və B.Ağayeva tutulublar.

09.06.2017 tarixinə olan kriminal məlumatlar