Tovuz rayonu ərazisindəki evlərdən birindən oğurluq etməkdə şübhəli bilinən R.Hüseynov tutulub
09.06.2017Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisindəki evlərdən birindən 100 manat pul və 2300 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qovlar şəhər sakini Rəşad Hüseynov tutulub.
Ətrafında aparılan tədbirlərlə onun aprelin 22-də Qovlar şəhəri ərazisindəki iki evdən 200 manat pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.