Bakı şəhər sakini Yeganə İasyevanı döyərək pul qabısını alıb qaçan şəxslərdən biri tutulub
04.06.2017İyunun 4-də saat 20 radələrində paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini Yeganə İasyevanı döyərək içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçarkən, Y.İsayeva səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib.
Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini Səidə Kərimova olması müəyyən edilib.
Nizami RPİ tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.