Dələduzluqda şübhəli bilinən Cəlilabad rayon sakini Namiq Məmişov tutulub, ondan 5,477 qr tiryək götürülüb
04.06.2017DİN-in Təhlükəsiz Şəhər Xidməti və Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 28-də Lətifə Rüstəmovanın 358 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Məmişov tutulub, ondan 5,477 qram tiryək götürülüb.